AZ

Yaxta qəzası zamanı həlak olanların ölüm səbəbi məlum oldu

“Morgan Stanley International”ın sədri 70 yaşlı Conatan Bloomer, həyat yoldaşı Cudi, hüquqşünas Kris Morvillo və sevgilisi Neda “Bayesian” yaxta qəzası zamanı suda batmayıblar, boğulublar.


Sfera.az xəbər verir ki, bu qənaətə məhkəmə-tibb ekspertləri cəsədlərin yarılmasından sonra gəliblər.


Mütəxəssislərin fikrincə, qəza zamanı yaxtanın içində sıxışan sərnişinlərin xilas olmaq imkanı olmayıb.


Dörd nəfərin də ağciyərlərində, mədələrində və nəfəs borularında su olmayıb. Bu, yaxta batarkən onların huşunu itirmiş olma ehtimalını artırır.
 

Tibbi ekspertizanın fikrincə, onlar gəmi batarkən göyərtənin altındakı hava qabarcığında oksigen tükəndikdən sonra boğulublar. Sərnişinlərin sağ qalmaq şansı olmayıb, çünki belə bir qabarcıq böyük ola bilməzdi və sürətlə karbon qazı ilə dolardı.


Avqustun 19-da səhər tezdən yaxtada ölən yeddi nəfərdən altısı gəminin sərnişinləri, digəri isə yaxtanın aşpazı Rekaldo Tomas olub. Onun cəsədi faciədən az sonra yelkənli qayığın batdığı yerdən bir qədər aralıda tapılıb.
 

Dalğıclar bir yerdə beş cəsəd tapıblar, başqa kabinədə isə yalnız 18 yaşlı Hanna Linçin cəsədi olub.
 

İtaliya mediası həmçinin Mayk Linçin həyat yoldaşı Angela Bacaresin insanları oyatmaq və gəminin batmaq üzrə olduğunu bildirmək üçün göyərtənin altına getdiyini iddia edib. Qeyd edək ki, Angela Bacares xilas edilən digər 14 nəfərlə birlikdə sağ qalıb. Sentyabrın 6-da onun qızı və həyat yoldaşının cəsədlərinin yarılması aparılacaq.
 

Yeni Zelandiya kapitanı Ceyms Katfild, britaniyalı baş mühəndis Tim Parker İton və yerli Metyu Qriffits də daxil olmaqla üç ekipaj üzvü fəlakətə və adam öldürməyə səbəb olmaqda ittiham edilir.


Bu arada San-Fransiskoda Mayk Linçin mühafizəçisi mərhumla vida mərasimi zamanı həyat yoldaşı və ikinci qızına daim xidmət edəcəyinə söz verib.

 

Aysel

Sfera.az
 

Seçilən
53
50
sfera.az

10Mənbələr