AZ

Təmiz ölkəm” və "Yaşıl Dünyam" devizi altında Şirvan Olimpiya İdman Kompleksində təmizlik aksiyası

Təmiz ölkəm” və "Yaşıl Dünyam" devizi altında, Şirvan Olimpiya İdman Kompleksində, ölkəmizdə keçiriləcək COP 29-la bağlı maarifləndirici tədbir keçirilib. Kompleksin direktorunun rəhbərliyi altında kollektiv yaşıllıqlar salaraq,  təmizlik aksiyası həyata keçiriblər.

Şirvan Olimpiya İdman Kompleksin rəhbərliyinin atdığı bu mühüm addımına yerli sakinlər də qoşulublar. Baş tutan iməcilikdə təbiətisevənlər çoxlu tullantı yığaraq ərazilərdən daşıyıblar.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühiti təmiz saxlamaq, tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, insanları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir. 

Ekologiya.az

Vasif


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
ekologiya.az

1Mənbələr