AZ

173 dənə dərdi olan avtobus..

Pirşağıda 173 saylı bir marşrut xətti var. Qəsəbə sakinlərinin dediyinə görə, bu xəttin avtobuslarına dua edə-edə minib, şükür edə edə düşürlər.

Çünki avtobuslar o dərəcədə köhnədirlər ki, hərəkət etmələri belə möcüzə sayılır.

173 saylı avtobusların , elə 173 dənə də dərdi var. Yol gedərkən xarab olmasınmı deyək, sərnişinlərin düşüb, başqa avtobuslara minməsinimi deyək. Bir yol üçün ikiqat  pul ödəməsinimi deyək.

Madam ki, xətt icarəyə götürülüb, yol üçün verilən haqq da digər avtobuslar qədərdir, niyə keyfiyyətli xidmət göstərilmir?

Şəhərin mərkəzində  gəzən təmiz avtobusları Pirşağıya layiq görmürlər?

Sualları Pirşağı cammaatı verdi, cavabını da AYNA versin.

Murad
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
hit.az

1Mənbələr