Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetməni itirərək "Niva", "Mitsubishi", "Chevrolet" və daha üç "Hyundai" markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.
Məlumata görə, qəzanın səbəbi mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq olub.
Ərazidə qısamüddətli tıxac yaranıb.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar, yolda hərəkət bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az