''Fənərbaxça'' 3 futbolçu ilə yollarını ayırıb. Bunlardan biri Rade Kruniçdi.
Bosniya və Herseqovina yığmasının üzvü ötən yay böyük ümidlərlə ''Milan''dan icarəyə götürülmüşdü. ''Fənər'' bu yayın əvvəllərində 3,5 milyon avro ödəyərək onu daimi əsasda transfer etmişdi. Amma Kruniç nə İsmayıl Kartalın dönəmində ümidləri doğrultdu, nə də Joze Mourinyonun. Bu üzdən ''Fənər'' Sofyan Amrabatı heyətinə qatdı. Kruniç isə Serbiya təmsilçisi ''Srvena Zvezda''ya transfer olunub. Özü də İstanbul nəhəngi onu tamamilə pulsuz əldən buraxmağa razılıq verib. Amma Serbiya nəhəngi Kruniçin sonrakı satışından əldə olunacaq məbləğin 50 faizini ''Fənərbaxça''ya verəcək. 30 yaşlı futbolçunun ''Fənər'' karyerası yalnız 22 oyun, 1 məhsuldar ötürmədən ibarət oldu.
Digər ayrılan iki futbolçu isə Miha Zayts ilə Luan Peresdi. 2019-cu ildən ''Fənərbaxça''nın şərəfini qoruyan və bu müddət ərzində bir neçə dəfə başqa klublara icarəyə verilən sloveniyalı Zayts bu dəfə Fransa təmsilçisi ''Tuluza''ya birillik icarəyə verilib. Peresdən isə axır ki, ''sarı-lacivərdlilər'' qurtulmağı bacardılar. 2022-ci ilin yayında 5,2 milyon avroya ''Marsel''dən transfer edilən braziliyalı müdafiəçi cəmi 23 rəsmi oyuna çıxaraq 1 qol vura bildi. Daha sonra ağır zədələnərək uzun müddətə sıradan çıxdı və keçən mövsüm bir dənə də olsun rəsmi oyun keçirmədi. 30 yaşlı Peres vətəninə qayıdaraq ''Santos''la müqavilə imzalayıb.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta