AZ

İngiltərəli ulduz Türkiyədə oynaya bilər

''Nyukasl'' və İngiltərə yığmasının tanınmış futbolçularından olan Kiran Trippye karyerasını Türkiyədə davam etdirə bilər.

Belə ki, ona superliqanın birdən birə üç təmsilçisi - ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Eyüpspor'' maraq göstərir. İngiltərə mətbuatının iddiasına görə hər üç klub ''Nyukasl''a Trippyenin icarəyə götürülməsi ilə bağlı təklif irəli sürüb. 33 yaşlı sağ müdafiəçinin ''sağsağanlar''la 2026-ya qədər müqaviləsi var. İngiltərə yığmasında 50-dən çox oyun keçirən və son 4 nəhəng turnirin hər birində iştirak edən Trippye bu mövsüm ''Nyukasl''da əsas heyətdəki yerini itirib. Baş məşqçi Eddi Hau onun mövqeyində gənc Tino Livramentoya üstünlük verir. Avropanın bir çox ölkələrində transfer pəncərəsi artıq bağlanıb. Türkiyədə isə ''pəncərə'' sentyabrın 13-də bağlanacaq. Ona görə də Trippyenin Türkiyəyə gəlmək variantı real görünür.

''Mançester Siti''nin yetirməsi olan və standart zərbələrin mahir ifaçısı kimi tanınan futbolçu ''Nyukasl''dan öncə ''Barnsli'', ''Bernli'', ''Tottenhem'' və ''Atletiko''nun şərəfini qoruyub.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr