AZ

"Gündə 20 saat işıqsız və istiliksiz…" - Ukraynalılar üçün qışa bəd proqnoz

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Ukraynada qışda işıqla bağlı vəziyyətin iki ehtimal senarisini dərc edib. Optimist proqnoza görə, elektrik enerjisində fasilələr sutkada 12 saata qədər davam edəcək.

Valyuta.az xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Facebook-da yazır.

“Optimist proqnoza görə, əgər 8-9 atom enerji bloku stabil işləyirsə və qış mülayim, şiddətli şaxtalar olmadan keçərsə, zədələnmiş 6 GVt gücün təxminən 3 QVt-ının (3000 meqavat) bərpası planlaşdırılır. Hadisələrin bu inkişafı ilə gündə 12 saata qədər davam edən elektrik enerjisinin kəsilməsi mümkündür”, - məlumatda deyilir. 

Qeyd edilir ki, daha bədbin senari cəmi 2000 meqavat gücün bərpasını nəzərdə tutur və işləyən atom enerji bloklarının sayı 6-7 olacaq. Qış da soyuq keçərsə, o zaman sistem böhran vəziyyətində olacaq.

“Ən pis senariyə əsasən, Rusiya Ukraynanın enerji sektoruna hücumu davam etdirərsə, bu qış ukraynalılar gündə 20 saat işıqsız və istiliksiz qala bilər”, - deyə Mərkəz əlavə edib.

Ali Radanın Energetika Komitəsinin üzvü Sergey Naqornyakın proqnozuna görə, qışın temperaturu -10°C-ə düşərsə, ukraynalılar sutkada yalnız 12-14 saat elektrik enerjisi ilə təmin oluna bilər, qalan vaxtlarda isə təxminən 10 saat elektriksiz qalacaq.

Bundan əvvəl 2020-2024-cü illərdə “Ukrenerqo”nun idarə heyətinin sədri olmuş Vladimir Kudritski bildirmişdi ki, ukraynalılar gələn qışda “asan gediş” gözləməməlidirlər. Onun sözlərinə görə, -10 temperaturda işıqlar kəsilmədən enerji sistemini tarazlaşdırmaq mümkün olmayacaq. Eyni zamanda, Kudritski hesab edir ki, "apokaliptik senari"nin də qarşısını almaq olar.

Energetika üzrə ekspert Gennadi Ryabtsev UNIAN-a bildirib ki, Ukraynada istilik mövsümündə üç və ya dörd növbəli dayanma qrafikləri olacaq. Onun sözlərinə görə, bu, gündə təxminən 12 saat elektrik kəsilməsi deməkdir.

Nicat

Seçilən
107
valyuta.az

1Mənbələr