AZ

Modul tipli HMD Fusion smartfonu təqdim edilib - QİYMƏTİ

     HMD Global şirkəti öz brendi altında yeni smartfonunu təqdim edib. Şirkətin yeni smartfonu HMD Fusi​​​​​​​on adlanır. Təqdim edilmiş bu smartfon modul tiplidir. Yəni onun müəyyən özəlliklərini müxtəlif modullar vasitəsilə təkmilləşdirmək olar. Bununla yanaşı HMD Fusion-u ev şəraitində də təmir etmək mümkündür. Onun arxa qapağı gövdəyə standart vintlərlə bərkidilib. Bunun sayəsində arxa qapağı gövdədən rahatlıqla ayıraraq smartfonun batareyasına və digər komponentlərinə keçid etmək olar. Bununla yanaşı qeyd etmək lazımdır ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Dəyişdirilə birlən gövdə modulları ayrı-ayrı keyslər şəklində təqdim olunurlar. Həmin keyslər smartfonun arxa panelinə xüsusi konnektorlar vasitəsilə qoşulurlar.     Smartfon üçün artıq gamepad keysi, güclü işıqlandırmaya sahib keys, zərbələrə dözümlü keys və həmçinin naqilsiz şarj texnologiyalı keys anons edilib. HMD Fusion 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda HMD Fusion 108 MP-lik əsas arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. HMD Fusion artıq yaxın zamanda satışa çıxacaq və onun qiyməti 250 avro təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
technote.az

1Mənbələr