AZ

“AzNur” ÇL-ə qələbə, “Birbaşa Bakı” heç-heçə ilə başladı

Azərbaycanın minifutbol üzrə “AzNur” və “Birbaşa Bakı” komandaları bu gün Çempionlar Liqasında mübarizəyə start veriblər.

Arena.az verir ki, Polşanın Varşava şəhərində keçirilən yarışda ilk olaraq meydana C qrupunda qərarlaşan “AzNur” komandası çıxıb.

Rəcəb Fərəczadənin komandası Fransanın “Les Piopio” klubunu 2:1 hesabı ilə məğlub edib.

E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı”nın ilk rəqibi isə İspaniyanın “Malaqa” klubu olub. Sözügedən komanda ilk sınağında məhsuldar heç-heçəyə razılaşıb. Komandamız 2:0 hesabı ilə önə keçsə də, üstünlüyü qoruya bilməyib.

Çempionlar Liqası
5 sentyabr

C qrupu

“AzNur” – “Les Piopio” (Fransa) 2:1
Qollar: Böyükağa Quliyev, 2. Raqif Eyvazov, 12 – Vinsent Minbielle, 17.

E qrupu

“Birbaşa Bakı” – “Malaqa” 2:2
Qollar. Cəfər Cəfərzadə, 12. Elvin Əlizadə, 13 – Pablo Aguero, 20 Oskar Fernandes, 30.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
arena.az

1Mənbələr