Ukrayna üzrə ikinci qondarma sülh sammitində Rusiyanın nümayəndələri “mütləq” iştirak etməlidirlər, çünki onlar olmadıqda münaqişəni diplomatik yolla bitirmək çox çətin olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Vladimir Zelenski Amerikanın NBC News televiziyasına müsahibəsində deyib.
…Orada Rusiyanın nümayəndələri olmalıdır. Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir.
Müsahibə zamanı Zelenski ABŞ prezidenti CozefBaydeni bitmiş “qələbə planı” ilə tanış etmək niyyətində olduğunu da açıqlayıb.
Əli Babayev