AZ

Millətlər Liqası: Santuşlu yığma ilk oyunda uduzdu

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda tsiklə Bakıda başlayıb.

İlk oyunda yığmamısın rəqibi İsveç olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda millimiz 1:3 hesabı ilə uduzub. Komandamızın yeganə qolunun müəllifi Renat Dadaşov olub. Ramil Şeydayev isə fasilə ərəfəsində penaltidən yararlana bilməyib. 

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci tur
5 sentyabr

Azərbaycan - İsveç 1:3 

Qollar: Renat Dadaşov, 82 - İsak, 65, 71. Dyokereş, 79-pen. 

Ramil Şeydayev 45+7-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı). 

Azərbaycan: 23. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 22. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Şəhriyar Əliyev, 6. Emil Mustafayev, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 14. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernandu Santuş.
İsveç: 12. Viktor Yohansson, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 4. İsak Hin, 6. Ludviq Auqustinsson, 9. Aleksander İsak, 11. Antoni Elanqa, 17. Viktor Qyokereş, 18. Yasin Ayari, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski (k).
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristoffer Nordfeldt, 5. Edvin Kurtuluş, 7. Lukas Berqvall, 8. Yens Kayuste, 10. Qustaf Nilsson, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Niklas Eliasson, 20. Uqo Larsson, 22. Sebastian Nanasi.
Baş məşqçi: Yon Dal Tomasson.

Hakimlər: Balaş Berkey, Vensel Tot, Balaş Şert, Ksaba Pinter (hamısı Macarıstan).
Hakim-inspektor Levan Paniaşvili (Gürcüstan).
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
fanat.az

10Mənbələr