AZ

Səkkiz ölkə neft hasilatını artırmaq planını iki ay təxirə saldı: Bazar necə qarşıladı?

OPEK+ razılaşmasının 8 iştirakçısı neft hasilatının könüllü azaltdıqları həcminin tədricən bərpası planını 2 ay təxirə salmaq barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu məlumat OPEC-in press-relizində yer alıb.

Hasialtın yeni artım cədvəlinə əsasən, əvvəllər planlaşdırılan istehsal həcmləri iki ay irəli çəkilir, buna görə də məhdudiyyətlərin indi 2025-ci ilin dekabrında götürülməsi planlaşdırılır.

Qrup genişləndirmə planının bazar şəraitindən asılı olaraq dayandırıla və ya “dəyişdirilə” biləcəyini təkrar edir. Əvvəllər limitdən artıq istehsala yol verən ölkələr 2025-ci ilin sentyabrına qədər artıq həcmləri kompensasiya etmək öhdəliyini təsdiqləyiblər.

Qeyd edək ki, son həftələrdə Çin iqtisadiyyatından alınan bədbin məlumatlar neft qiymətlərində ciddi azalmaya səbəb olub: qiymət 81-82 dollardan 72 dollara qədər azalıb. OPEK+ üzvlərinin hasilatı artırmaq planlarına dair məlumatdan sonra da bazarda nikbinlik hiss olunmamaqdadır.

 

Musavat.com

Seçilən
92
musavat.com

1Mənbələr