44 günlük müharibə ilə bağlı elə bir hesabat tərtib olunub ki, bu və ya digər hissənin çap oluna biləcəyini söyləmək çox çətindir.
KONKRET.az xəbər verir ki, bunu News.am-ın müxbiri ilə söhbətində parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan deyib.
“Açıq hissə çap olundu, amma bir şey var ki, digər hissələr uzun illər çap olunmayacaq. Müxalifət qüvvələri iştirak etsəydi, görülən işlərin həcmini görərdilər. Biz hesabatı aidiyyatı qurumlara göndərməliyik, onların məxfiliklə bağlı rəyini öyrənməli, sonra hesabatla nə edəcəyimizə qərar verməliyik”, – deyə deputat əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az