AZ

MAAŞ SKANDALI! Futbolçular "Sportinfo"ya üz tutdular

"Füzuli" rəhbərliyi futbolçuların maaşını vermir.

Redaksiyamızla əlaqə saxlayan oyunçular bu barədə şikayətçi olublar.

Onlar bildirir ki, son mövsüm 4 ay əvvəl başa çatsa da, halal zəhmətlərinin qarşılığını ala bilmirlər.

Ötən mövsümün ikinci yarısından problem yaranmağa başlayıb.

Aylardır davam edən çəkişmə müsbət sonluğa çatmır.

Rəsmilər hər dəfə müxtəlif bəhanələrlə onları yola verir.

Kimə müraciət etsələr də kömək edən yoxdur.

Son çarə kimi problemlərinin mətbuata çıxarmaqda görüblər.

İkinci Liqa Azərbaycanda ilk dəfə 2023/24 mövsümündə keçirilib.

Füzuli çempionatı 56 xalla üçüncü pillədə tamamlayıb.

SPORTİNFO.AZ

Seçilən
88
sportinfo.az

1Mənbələr