Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Pokrovski istiqamətində irəliləyişini dayandıra bilib.
"Operativ Media" xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski bildirib.
O, etiraf edib ki, Ukrayna müdafiəsi bir neçə həftədir ki, Pokrovsk ətrafındakı ərazidə böyük təzyiq altında olub. Amma indi burada təcavüzkarın hücumu dayandırılıb.
“Son altı gün ərzində düşmən Pokrovski istiqamətində bir metr irəliləməyib, başqa sözlə, bizim strategiyamız işləyir”, - deyə Sirski bildirib.