AZ

Restoranlarda narazılıq yaradan servis haqqı

Yayımlandı: 5 Sentyabr 2024 21:27 Ekspertlər bununla istehlakçı hüquqlarının pozulduğunu deyirlər “Dənizkənarı Milli Parkdakı kafelərin birində menyuya uyğun olaraq sifariş verdim və menyuya əsasən sifarişimin 21 manat olduğunu gördüm. Lakin sonda mənə çek veriləndə orada 25 manat yazılmışdı”. Bunu Meydan TV-ə şikayətlə müraciət edən oxuculardan biri deyib. O qeyd edib ki, kafe işçiləri 4 manatın servis pulu olduğunu bildiriblər. Şikayətçi menyuda göstərilməyən və əvvəlcədən elan edilməyən servis haqqı ilə bağlı qalmaqal saldıqdan sonra kafenin işçiləri həmin pulu qəbzdən çıxarıblar. “Mən onlara sual verdim ki, bəlkə mənim cibimdə cəmi 21 manat var və mən də hesabımın ona uyğun olduğunu görüb sifariş vermişəm? Ümumiyyətlə, hazırda bir çox kafe və restoran müştəridən məcburi olaraq servis haqqı alır ki, bu da düzgün deyil. Bəlkə mən həmin servisdən razı deyiləm və ona görə niyə pul verməliyəm ki? Bir kafedə mən bunu özüm üçün ləğv etdirdim. Amma Bakıda oturduğum bütün kafelərdə sonda dava sala bilmərəm axı”, – şikayətçi deyib. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunun hazırda aktual məsələ olduğunu deyib və qeyd edib ki, belə bir hal istehlakçıların hüquqlarının pozulmasıdır. Meydan TV-yə şərh verən E.Hüseynov qeyd edib ki, bununla bağlı istehlakçılar müvafiq dövlət qurumlarına şikayətlə müraciət edə bilərlər: “Bu halda istehlakçının seçim və məlumat almaq hüququ pozulur. Amma qarşı tərəfin qanunvericiliklə məsuliyyəti yoxdur. Belə hal olanda istehlakçı qəbzi mütləq saxlamalıdır və onu Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Bundan sonra adını çəkdiyim dövlət qurumu müvafiq tədbir görməlidir”, – E.Hüseynov deyib. İqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, menyuda çox kiçik şriftlə servis haqqının yazılması daha çox yayılıb: “Bunu istehlakçının əvvəldən xədərdarlıq edilməsi kimi təqdim edirlər. Amma heç bu da yoxdursa və sonda qəbzə əlavə olunursa, bu, birmənalı olaraq istehlakçının hüququnun pozulmasıdır”. N.Cəfərli də qeyd edib ki, qanunvericilikdə bununla bağlı boşluq var və bu kimi hallarda cəza nəzərdə tutulmayıb. Meydan TV

Seçilən
181
2
xural.com

3Mənbələr