Millətlər Liqasının seçmə mərhələsinin ilk turunda yığmamız İsveçə 1:3 hesabla uduzub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş matçı şərh edib:

"İlk olaraq, oyuna yaxşı başladıq. Yaxşı hücum şansımı oldu. Amma qolla nəticələnmədi. Sonra oyun müdafiədə keçdi. Rəqib kifayət qədər güclü komanda idi. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdılar. Rəqib bizi sıxırdı. Müdafiədə oynamağa baxmayaraq, futbolçular hücum üçün şans yaradıb, irəli atılırdılar. Hissənin sonunda qol vurmaq üçün şans olsa da qolla nəticələnmədi. Eyni zamanda penalti zərbəsi şansımız yarandı. İkinci hissəyə nisbətən daha yaxşı başladıq. Yenə də hücumları kifayət qədər uğurlu sonlandıra bilmədik. Təlim-məşq zamanı tapşırıqlarımı yerinə yetirməyə çalışdılar, lakin səhvlərimiz də oldu. Rəqib düzgün yararlanıb, qol vurdu. Həvəsdən düşmədilər. Qarşıda oyunlarımız var. Kifayət qədər güclü nəticələr verəcəyimizə inanıram".