Rusiya və ABŞ-ın Vaşinqtonun siyasətinə uyğun gəlməyən bütün KİV-lərə qarşı sanksiyaları media məkanında terrorizm hesab olunur, Bu cinayətkar fəaliyyətlərə müqavimət göstərmək və ifşa etmək üçün alternativ onlayn platformaların yaradılması vacibdir.
Newscenter.az xəbər verir ki, bunu Suriya Jurnalistlər Birliyinin rəhbəri Musa Abdelnur deyib.
"ABŞ “Rossiya Seqodnya” media qrupuna qarşı sanksiyalar tətbiq edib. Yeni sanksiya “Rossiya Seqodnya” media qrupuna və RT-nin baş redaktoru Marqarita Simonyana və bu telekanalın bir sıra top-menecerlərinə şamil edilir. Onların etdikləri informasiya terrorudur. Ona görə də biz bir yerdə dayanmamalıyıq və nəzərə almalıyıq ki, ABŞ BMT təşkilatlarının və sosial internet platformalarının əksəriyyətinə nəzarət edir", -deyə Abdelnur bildirib.
O, Qərbin mediaya qarşı kampaniyasını dayandırmaq üçün beynəlxalq məhkəmələrin cəlb olunduğu beynəlxalq hüquqi metodlardan istifadə etməyə çağırıb.
Mehman Mehdiyev