AZ

Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sankt-Peterburqda Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının premyerası keçirilib.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.
Tamaşanın nümayişindən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunub, Aleksandrinski Teatrına xatirə hədiyyəsi təqdim edilib.
Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları və teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.
Mətbuat konfransında çıxış edən Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Aleksandrinski Teatrının direktoru Aleksandr Maliç, Bədii rəhbəri Nikita Kobelev "İblis və..." tamaşasının Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilməsini yüksək qiymətləndirib və gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.
Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başaran olub.
Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Qeyd edək ki, tamaşa 4-5-6 oktyabr tarixlərində Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
oxu.az

1Mənbələr