AZ

Durov Fransadan çıxa bilməyəcək

Məhkəmə “Telegram”ın həmtəsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə RİA Novosti “Paris Match”a istinadən xəbər verib.

Məlumata görə, Durov hazırda Parisdə məhkəmənin verdiyi müddət ərzində qala bilmək üçün kirayə ev axtarır.

Xatırladaq ki, Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. O, dörd gün həbsdə qalıb və məhkəməyə gəlib. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir.

Seçilən
56
bakivaxti.az

1Mənbələr