"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Olimpiakos" heyətinə yeni futbolçu qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Yunanıstan təmsilçisi "Qalatasaray"dan Serxio Olivieranı transfer edib. 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Serxio son mövsümdə "Qalatasary"ın heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.
Oliveyra “Porto”, “Beyra-Mar”, “Mexelen”, “Pasuş Ferreyra”, “Nant”, PAOK, “Roma” klublarında oynamışdı.
"Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək.