İstanbulun Arnavutköy bölgəsində qayığı ilə dənizə çıxan balıqçı böyük dağıdıcı gücə malik partlayıcı tapıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, balıqçı tapdığı nəhəng bombanı qayığına bağlayaraq sahilə çəkib.
Məlumata görə, qısa zamanda hadisə yerinə gələn təhlükəsizlik qüvvələri bombanın həcmini gördükdən sonra ərazini insanlardan boşaldıblar: "Hətta yaxınlıqdakı restoranı da boşaltdılar. 4-5 saat çəkən əməliyyatla bomba zərərisz hala gətirildi. İçində partlayıcı olan çox böyük paket idi".
Lamiyə Əhmədli
MİA.AZ