CHP-nin keçmiş başqanı Kamal Kılıçdaroğlu və partiya rəhbərliyinə qarşı sərt ifadələrindən sonra CHP-dən xaric edilən Bolu Bələdiyyə sədri Tanju Özcan bu gün sosial media hesabı üzərindən prezident Ərdoğana çağırış edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, indiyə kimi, 73 dəfə prezident Ərdoğana görüş üçün vaxt təyin etməsi haqda müraciət etdiyini, lakin müsbət cavab almadığını vurğulayıb.
Bələdiyyə sədri daha sonra Ərdoğana " "Görüş vaxtını verin, qurtulun" mesajını təkrarlayıb: "Bu mənim cənab Prezidentə çağırışdır! Hörmətli Ərdogan, sizdən 73 dəfə görüş istədim, mənə görüş vermədiniz. Bu müddətdə qatil, çevrilişçi, zalım dediyin hər kəslə görüşdün, amma yenə də mənimlə görüşmədin. Nədir mənim günahım, Atatürkçü və Türk milliyyətçisi olmaqmı? Xahiş edirəm mənə yeni rota ilə Ankaraya qədər yürütməyin, bu görüşün vaxtını təyin edin və qurtulun...".
Samir MUSAYEV
MİA.AZ