AZ

Filippin səmasında asteroid partladı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, sentyabrın 4-də Sakit Okeanda təxminən 1 metrlik kiçik bir asteroid zərərsiz şəkildə atmosferdə yanıb. Asteroid, 2024 RW1 adı ilə tanınır və Filippinin Luzon adası yaxınlığında saat 12:46 radələrində partlayıb.

QHT.az xəbər verir ki, 2024 RW1 asteroidi NASA-nın maliyyələşdirdiyi Catalina Sky Survey Rəsədxanasının tədqiqatçısı Jaklin Fazekas tərəfindən kəşf edilib. Bu rəsədxana Yerə yaxın obyektləri izləyir. ESA-ya görə, bu, Yer atmosferinə girməzdən əvvəl müşahidə edilən doqquzuncu asteroid olub. NASA Asteroid Watch veb-saytı, atmosferdə yanan asteroidin göydə parlaq işığa səbəb ola biləcəyini proqnozlaşdırmışdı. Sosial şəbəkələrdə yayılan videolarda göydə parlaq yaşıl alov topu görünmüşdü.

Yerə yaxın asteroidlərin izlənilməsi, qeydə alınması və müdafiəsi kosmik agentliklərin əsas prioritetlərindəndir. 2022-ci ildə NASA-nın DART missiyası asteroidlərin trayektoriyasını dəyişdirmək üçün xüsusi cihazdan istifadə edib. NASA həmçinin NEO Surveyor infraqırmızı teleskopu planlaşdırır, Çin isə 2030-cu ilə qədər öz asteroid sapma missiyasını inkişaf etdirir.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
qht.az

1Mənbələr