Voronej vilayətində Rusiya adlı qız birinci sinif şagirdi olub.
Publika.az xəbər verir ki, bu barədə “Подъем” məlumat yayıb .
Nəşrin məlumatına görə, Rusiya Podqornoye qəsəbəsində məktəbə gedib. Təhsil müəssisəsinin direktor müavini bildirib ki, hazırda uşağın adı ilə bağlı heç bir pedaqoji problemi yoxdur. Ailə qızı Rosiçka adlandırır.
“Müəllimlər bu ailəni çoxdan tanıyırlar. Beləliklə, biz 1 sentyabrda təəccüblənmədik. Ailə yaxşı, övladları ağıllı, zəhmətkeş, nəzakətlidir”, - deyə direktor müavini bildirib.