Elan edilmiş və ya təsdiqlənmiş ixtisarların hesabını aparan Challenger, Gray & Christmas konsaltinq şirkəti avqust ayı üçün hesabatını dərc edib.
Hesabata görə, ABŞ mərkəzli işəgötürənlər tərəfindən açıqlanan işdən çıxarmaların sayı avqust ayında bir əvvəlki aya görə 193 faiz artımla 75 min 891-ə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə ixtisarlar 1 faiz artıb.
İlin səkkiz ayında ümumi ixtisarlar ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalaraq 536 min 421-ə düşüb.
ABŞ-da işəgötürənlərin bu ilin avqust ayının sonu etibarilə işə qəbul edəcəyini açıqladığı adamların sayı keçən ilin yanvar-avqust dövrü ilə müqayisədə yüzdə 41 azalaraq 79 min 697 nəfərə çatıb. Bu rəqəm, şirkətin alış planlarını izləməyə başladığı 2005-ci ildən bəri ən aşağı səkkiz aylıq səviyyə kimi qeydə alınıb.
“Challenger, Grey & Christmas”ln Baş Vitse-Prezidenti Endrü Çellencer mövzu ilə bağlı açıqlamasında avqust ayında işdən çıxarılmaların artmasının artan iqtisadi qeyri-müəyyənliyi və dəyişən bazar dinamikasını əks etdirdiyini söylədi.
Şirkətlərin artan əməliyyat xərclərindən tutmuş ola biləcək iqtisadi yavaşlama ilə bağlı narahatlıqlara qədər müxtəlif təzyiqlərlə üzləşdiyinə diqqət çəkən Çellencer, bunun şirkətləri işçi qüvvəsinin idarə edilməsi ilə bağlı çətin qərarlar qəbul etməsinə səbəb olduğunu bildirib.