AZ

Suriyada terror aktı nəticəsində 3 əsgər həlak olub

Bakı. Trend:

Suriyanın daxili təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı ölkənincənubunda yerləşən Dəra əyalətində bir qrup terrorçunun hücumunəticəsində həlak olub.

Trend xəbər verirki, bu barədə SANAagentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı hərbçilər xidmət etdikləriSuriya-İordaniya sərhədində yerləşən Nəsib məntəqəsinə doğrugedirmiş. Hücum edənlər atəş açıb, sonra naməlum istiqamətdə gözdənitiblər.

2018-ci ildə terrorçulardan azad edilən Suriyanın cənubbölgələrində son vaxtlar “İslam Dövləti” terror qruplaşmasınınyaraqlılarının fəallığında artım müşahidə olunur. Bundan əvvəl “ŞamFM” radiostansiyası Dərada minanın partlaması nəticəsində üç Suriyaordusu əsgərinin öldüyünü xəbər vermişdi. Şahidlərin sözlərinəgörə, bomba uzaqdan idarəolunma qurğusu vasitəsilə partladılıb.Sentyabrın 4-də Suriya Daxili İşlər Nazirliyi Deraa əyalətininqubernatoru Luay Xreytin həyatına sui-qəsd barədə məlumat yayıb.İŞİD terrorçuları qubernatoru müşayiət edən kortecin marşrutuboyunca bir neçə mina partladıb, daha sonra maşınlara atəş açıblar.Altı mühafizəçi yaralanıb, məmurun özü isə xəsarət almayıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
41
az.trend.az

10Mənbələr