AZ

Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub

Suriyanın daxili təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı ölkənin cənubunda yerləşən Deraa vilayətində bir qrup terrorçunun hücumu nəticəsində həlak olub.

"Report"un məlumatına görə, bu barədə Suriyanın SANA dövlət agentliyi xəbər yayıb.

Məlumata görə, hücum zamanı hərbçilər xidmət etdikləri Suriya-İordaniya sərhədində yerləşən “Nəsib” keçid məntəqəsinə doğru gedirmiş. Hücumçular atəş açıb, sonra naməlum istiqamətdə gedərək gizləniblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
report.az

10Mənbələr