Yaşı on beş ildən çox olmayan gəmidə təmir zamanı köhnə materiallar və ya hissələr təzələri ilə əvəz edildikdə, ümumi qəzaya aid edilən təmir xərci, təmir xərcinin üçdə bir hissəsi qədər azaldılır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
«Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər gəminin bu Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq ümumi qəza hesab edilən müvəqqəti təmirinin xərclərinə, habelə qidanın, təchizat predmetlərinin, lövbər və lövbər zəncirlərinin xərclərinə tətbiq edilmir.