AZ

Sürücüləri çaşdıran yoldan ŞİKAYƏT VAR: cərimə olunurlar

Bakının Yasamal rayonu, Füzuli küçəsində öncədən mövcud olan və yeni yol təşkilindən sonra silinməyən yol nişanı sürücüləri çaşdırır.

Publika.az xəbər verir ki, bununla yanaşı, Ağa Nemətulla küçəsində bir müddət əvvəl ləğv edildiyi elan olunan dairə problemi də gün ərzində minlərlə sürücünün cərimələnməsinə səbəb olur.

Sürücülər mövcud vəziyyəti təsdiqləyiblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələyə münasibət bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilib və problem tezliklə həll olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
publika.az

1Mənbələr