AZ

Avropa Parlamentinin sədri və onun lobbiçi əri qarışıqlıq içində

Avropa

Paris, 6 sentyabr, AZƏRTAC,

Avropa Parlamentində deputatlar bir aydan sonra yenidən fəaliyyətə başlayacaqlar. Avropa Parlamentinin yeni sədri üçün bu başlanğıcın mürəkkəb olacağı bildirilir.

AZƏRTAC “Politico” nəşrinə istinadən xəbər verir ki, müxtəlif rəsmi səfərlərdə Ukko Metsola Avropa Parlamentinin sədri olan həyat yoldaşı Roberta Metsolanın müşaiyət edib. Hətta Brüseldəki evlərində təşkil olunmuş bütün qəbullarda o da iştirak edib.

Ukko Metsola dünyanın ikinci ən böyük kruiz gəmi şirkəti olan “Royal Caribean” qrupunun əsas Avropa lobbiçsi olub. “Politico” bildirir ki, U. Metsola heç bir qaydanı pozmasa da, bəzi avropalı deputatlar onun tərəfindən şəffaflığın olmamasını bildiriblər. Avropalı deputatlar onun Avropa Parlamentinin sədri olan arvadının nüfuzundan istifadə edərək, şirkətinin ekoloji keçidini maliyyələşdirmək üçün Avropa Fondlarından istifadə etməyə çalışdığını deyirlər.

“Politico” tərəfindən sorğu-sual edilən Roberta Metsolanın ətrafındakı insanlar, eləcə də əri Ukko Metsola hər hansı maraq toqquşması olduğunu inkar ediblər. Metsolalar iki fəaliyyətləri arasında böyük sədd qurduqlarını deyiblər. Ancaq hələ də “Qatargate” tərəfindən travmaya məruz qalan Avropa Parlamentində Roberta Metsolanın işə başlayanda gözlənilməz risklərlə üzləşəcəyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
azertag.az

4Mənbələr