AZ

Reuters: Ağ Ev Ukraynaya yardım üçün 6 milyard dollardan istifadə etməyə çalışır

ABŞ prezidenti Co Baydenin administrasiyası 30 sentyabr tarixindən sonra Ukraynaya əvvəllər ayrılmış 6 milyard dollarlıq yardımdan istifadə etmək üçün Konqresdən icazə istəyir.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, administrasiyanın Pentaqonun anbarlarından Ukraynaya silah ötürmək üçün təxminən 6 milyard dolları var. Bu vəsaitlər sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonuna qədər istifadə edilməlidir, bundan sonra istifadə edilə bilməz.

“Reuters”in məlumatına görə, Konqresdə qanunvericilərlə təcili müzakirələr aparan məmurlar sentyabrın 30-dan sonra bu vəsaitlərdən istifadə hüququnu qorumağın yollarını axtarırlar.

Agentliyin ABŞ qanunverici orqanındakı mənbələri əmindirlər ki, məsələnin həlli yolu tapılacaq.

Reuters:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
apa.az

1Mənbələr