Rusiya prezidenti Vladimir Putinin ABŞ prezident seçkiləri ilə bağlı açıqlaması ABŞ administrasiyasının hiddətinə səbəb olub.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya liderinin bəyanatına cavab verib. O bildirib ki, ABŞ-ın növbəti prezidentini yalnız Amerika xalqı müəyyən edəcək.
“Əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”, – TASS onun sözlərindən sitat gətirir.
Daha əvvəl Putin istehza ilə qeyd edib ki , Ağ Evin hazırkı rəhbəri Co Bayden prezidentlik yarışından kənarlaşdırıldıqdan sonra Rusiya ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyəcək.
Mənbə TASS