Bakı. Trend:
Şirvanda dələduzluqda şübhəli bilinən şəxs tutulub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdəşübhəli bilinən Azər Əliyev saxlanılıb.
Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkilləriniözünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuzqiymətə satılması barədə elan saytlarında məlumatlaryerləşdirib.
Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdəpul əldə etdikdən sonra isə A.Əliyev daha sonra zərərçəkənlərləəlaqəni kəsib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.