AZ

Netanyahu ABŞ-ın "Qəzzada atəşkəsə çox yaxınıq" iddiasını rədd etdi

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasının “Qəzzada atəşkəs razılaşmasının 90 faizi tamamlanıb” bəyanatını rədd edərək, atəşkəs razılaşmasının yaxın olmadığını bildirib.

İsrailin baş naziri Netanyahu Amerikanın Fox News kanalına verdiyi müsahibədə Qəzzada mümkün atəşkəslə bağlı son vəziyyəti və Tel-Əvivin prosesə yanaşmasını dəyərləndirib.

ABŞ prezidenti Co Baydenin ictimaiyyətə açıqladığı razılaşmaya və iyul ayında gündəmə gələn razılaşmaya Həmas-ın “yox” dediyini müdafiə edən Netanyahu, Həmas-ın tək istəyinin “İsrail əsgərlərinin Qəzzanı tərk etməsi” olduğunu iddia edib.

Keçən həftə sonu 6 israilli məhbusun ölümündən sonra hələ də İsraildən güzəşt gözləməyin yanlış olduğunu ifadə edən Netanyahu, adlarını çəkmədən ABŞ rəhbərliyinə “Həmasa bizim adımıza güzəştə getməsi üçün təzyiq edin” mesajını verdi.

Filadelfi dəhlizinə nəzarət edəcəklərini vurğulayan Netanyahu, bunu "Həmasın Qəzzada yenidən silahlanmasının qarşısını almaq" və "əsirlərin Misirə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını almaq" üçün etdiklərini müdafiə edib.

Təl-Əvivdəki kabinetində bu məsələni müzakirə etdiklərini və demək olar ki, hər kəsin dəhlizdən çıxmamaq fikrini ifadə etdiyini deyən İsrail baş naziri bu məsələdə İsrail ictimaiyyətinin onun arxasında olduğunu müdafiə edib və bu məsələni tərk etməyəcəklərini təkrarlayıb.

Hazırda atəşkəs razılaşmasının yaxın olmadığını vurğulayan Netanyahu bütün bu vəziyyətə görə HƏMAS-ın məsuliyyət daşıdığını iddia edib.

Seçilən
93
27
kommersant.az

10Mənbələr