AZ

Hüseyn milyonluq borcunu ödədi

Bir neçə ay əvvəl Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovun adı borclular siyahısına salınmışdı.

OLAY yazır ki, Hüseynin vergi orqanlarına 300 milyon rubl (5,8 milyon manat) borcu yaranıb.

Həsənov tədricən Federal Vergi Xidmətinə pul ödədi, lakin hər şey onun yaratdığı “Milyonerin düşüncə tərzi” kursları satıldığı qədər rəvan getməyıb. Blogerin elit xarici avtomobilləri və daşınmaz əmlakı vergi orqanları tərəfindən həbs qoyuldu. 

Ötən gün Moskva Arbitraj Məhkəməsində Federal Vergi Xidmətinin Hüseyn Həsənova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. İclasda blogeri vəkil Dmitri Kozyaykin təmsil edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, müştərisinin artıq vergi orqanlarına heç bir borcu yoxdur və ona qarşı bütün ittihamlar götürülüb.

Qeyd edək ki, həbs Həsənovun 7 milyon rubl “Chevrolet Taho”e və 35 milyon rubl dəyərində “Rolls-Royce” avtomobillərinə qoyulub. Həmçinin, 1-ci “Krasnoqvardeyski proezdindəki” 123,8 kvadratmetr sahəsi olan qiytməti isə 70 milyon rubl əmlaka müvəqqəti olaraq həbs qoyulub. Avqustun 15-də Federal Vergi Xidməti bu gün məhkəmə tərəfindən təsdiqlənən bütün ittihamları ləğv edib.

Vəkilin sözlərinə görə, H.Həsənov özü hələ də Rusiyaya qayıtmayıb, çünki onun xarici kontragentlər qarşısında bir sıra öhdəlikləri var. Kozyaykin bu kontragentlərin kimlər olduğunu və hansı öhdəliklərin olduğunu açıqlamayıb. Lakin Hüseyn açıqlamaların birində avqustun əvvəlində Moskvaya qayıtmağı ilə bağlı açıqlama verib.

Seçilən
133
olay.az

1Mənbələr