Politoloq, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər bildirib ki, Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlara yalnız Qərbdən komanda gələrsə razılaşacaq.
Publika.az xəbər verir ki, “RİA Novosti”yə müsahibəsində o qeyd edib ki, “vəziyyəti nikbin qiymətləndirmək” yalnız ABŞ-dakı seçkilərdən sonra mümkün olacaq.
Həmçinin politoloqun fikrincə, Türkiyədə danışıqların aparılması ehtimalı azdır.