“İstisu” yarımstansiyası əhəmiyyətli dövlət obyektlərini və eyni adlı sanatoriyanı elektrik enerjisi ilə təmin edəcək. Bunu jurnalistlərə açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Qarabağ regionunun istismar üzrə rəis müavini Rəşad İbrahimov deyib.
Onun sözlərinə görə, Kəlbəcər rayonunda olan 110/35 kilovoltluq “İstisu” yarımstansiyası dövlət əhəmiyyətli obyektlərin və yaxınlıqdakı yenidən qurulan “İstisu” sanatoriyasını elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq. Bu qurğu Laçın rayonundakı 110 kilovoltluq yarımstansiya ilə dövrəli xətlərin birləşməsində üstünlük təşkil edəcək.
Qeyd edək ki, “İstisu” yarımstansiyası bölgənin ən yüksək ərazisində yerləşir və buraya 22 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq xətt çəkilib.