Regionda sərhədlərin dəyişdirilməsi İran üçün qırmızı xəttdir.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi özünün X hesabında yazıb.
"Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin əsasını təşkil edir. Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərqdən və ya qərbdən hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir", - XİN rəhbəri qeyd edib.
Ağarza Elçinoğlu