1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 21:30-da start götürəcək. Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edəcək.
F qrupunun digər matçında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək.
Qeyd edək ki, 6 oyuna 3 xal toplayan U-21 altıncı pillədə qərarlaşıb. Ukrayna (6 oyun) 18 xalla liderdir. Eyni xala malik İngiltərə (7 oyun) ikinci, Serbiya (7 oyun) 10 xalla üçüncü, Şimali İrlandiya (6 oyun) 6 xalla dördüncü, Lüksemburq (8 oyun) 4 xalla beşincidir.
Avropa Çempionatı U21
F qrupu
Lüksemburq - Azərbaycan
Saat - 21:30
Baş Hakim - Dezire Qrundbaxer