AZ

"Payım" şirkətinin kolbasa və sosislərində zərərli qida əlavələri?- Şirkətin öz saytı nə yazır?...

Image

“Payım” şirkətinin istehsal etdiyi əksər növ sosis və kolbasaların tərkibində insan orqanizmi üçün zərərli hesab edilən qida əlavələri var. Bu barədə sözügedən şirkətin rəsmi internet səhifəsində də məlumat var. Belə ki, şirkət istehsal etdiyi kolbasa və sosislərin tərkibi barədə saytında geniş məlumat yerləşdirib. 

Bu məlumatlarda hansı növ kolbasa və sosisin tərkibində hansı qida əlavəsinin olduğu aydın görünür. Məsələn, “Payım” şirkətinə məxsus südlü sosislərin, yarım hisə verilmiş “Oxotniçya”, “Krakovskaya”, “Keşlə Servelat”, “Doktorskaya” və sair kolbasalarının tərkibində orqanizm üçün zərərli hesab edilən E300, E330 və E450 qida əlavələri olduğu qeyd edilib. Məlumat üçün bildirək ki, olduqca zərərli hesab edilən E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng risqini artırır. E330 qida əlavəsi zərərli hesab edilən əlavələrdəndir. Belə ki, bu qida əlavəsi də xərçəng risqi yaradan əlavə hesab edilir. Həmçinin, kolbasa və sosislərin tərkibində olan E450 qida əlavəsi də zərərli hesab edilir. Belə ki, E450 mədə pozulmasına səbəb olan qida əlavəsidir.

Fərqanə Nağıyeva: “İşbazların insan sağlamlığına qarşı etdikləri bu əməllərlə ən yaxşı mübarizə üsulu onların istehsal etdiyi məhsulları…” 

Qida eksperti Fərqanə Nağıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qida əlavələri qidaya xüsusi dad, rəng və ya konsistensiya vermək, saxlama müddətini artırmaq və ya dezinfeksiya etmək üçün istifadə olunur: “Bu gün kolbasa və sosislərə müxtəlif növ qida əlavələri vurulur. Qida əlavələri guya dadlandırıcı kimi həmin məhsula əlavə edilir. E300, E330 və E450 qida əlavələri həzm prosesinə, qida allergiyasına, xərçəngin yaranmasına, piylənməyə və sinir sisteminə birbaşa təsir edir. İşbazların insan sağlamlığına qarşı etdikləri bu əməllərlə ən yaxşı mübarizə üsulu onların istehsal etdiyi məhsulları almamaqdır”.

Məhsəti Hüseynova: “Bu gün satılan kolbasa və sosislər qiymətinin ucuzluğu ilə və eyni zamanda öz keyfiyyətsizliyi ilə insan orqanizminə daha çox zərər vurur” 

Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseyovanın sözlərinə görə,  məhsul keyfiyyətli şəkildə istehsal olunursa, unun 80 faizi təmiz ətdən təşkil olunmalıdır: “Bu gün satılan kolbasa və sosislər qiymətinin ucuzluğu ilə və eyni zamanda öz keyfiyyətsizliyi ilə insan orqanizminə daha çox zərər vurur. Çünki ət məhsulu zülal mənşəlidir. Daha tez xarab olmağa meyllidir. Eyni zamanda heyvan mənşəli olduğu üçün bu kimi ətlərdən hazırlanan məhsullarda daha çox kimyəvi maddələrdən istifadə olunur ki, hər hansısa bakteriya və virusa yoluxma halları baş verməsin. Belə olan halda, həmin vurulan kimyəvi maddələr məhsulun tərkibindəki faydalı və zərərli bakteriyaları da məhv edir”. 

Günel CƏLİLOVA





Seçilən
168
10
baki-xeber.com

10Mənbələr