AZ

Kreml: ABŞ-ın sanksiyalarına cavab olaraq Amerika mediasına məhdudiyyətlər qoyulacaq

Rusiya Vaşinqtonun “Rossiya Seqodnya” media qrupuna qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ mediasına qarşı məhdudlaşdırıcı tədbirlər görəcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib.

Peskov bildirib: “Simmetrik ölçülərdən söhbət gedə bilməz. ABŞ-da heç bir dövlət xəbər agentliyi yoxdur. ABŞ-da ictimai televiziya yoxdur. Amma təbii ki, burada medianın informasiya yaymasını məhdudlaşdıran tədbirlər olacaq”.

Sözçü qeyd edib ki, Amerika mediasına qarşı sanksiyaların bəziləri hazırda həyata keçirilir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
editor.az

1Mənbələr