AZ

KXDR-in pilotsuz təyyarələrə qarşı sistemi bütün Cənubi Koreyada tətbiq olunur

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyadan gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün ölkə daxilində inteqrasiya edilmiş əks-dron sistemi yerləşdirir.Elchi.az – ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.“Şimali Koreyanın kiçik pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə cavab vermək üçün böyük, həssas yerlərdə inteqrasiya edilmiş əks-dron sistemi yerləşdirilir”, – agentlik Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsündən sitat gətirib.Qeyd edilir ki, sistem müxtəlif avadanlıqlardan, o cümlədən radardan və pilotsuz uçuş aparatların siqnallarını söndürən vasitələrdən ibarətdir. Bu, ona dronları aşkarlamağa, izləməyə və məhv etməyə imkan verir.İlkin olaraq 20-yə yaxın sistemin yerləşdirilməsi planlaşdırılır.2022-ci ilin dekabrında Şimali Koreyanın 5 pilotsuz uçuş aparatı sərhədi keçin, onlardan biri Seula çatıb. Cənubi Koreya ordusu bu dronların heç birini tuta bilməyib.Havar Şəfiyeva

Seçilən
140
3
elchi.az

10Mənbələr