AZ

Ukraynadan Kursk əməliyyatı barədə şok açıqlama: "Düşmən bir metr belə..."

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiyanın Kursk vilayətində həyata keçirilən əməliyyat barədə açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.

 

O bildirib ki, Ukrayna qoşunları Rusiyanın sərhəd bölgəsinə irəliləməzdən əvvəl Rusiya Kursk vilayətindən yeni hücuma keçməyi planlaşdırıb.

 

Sırski Kursk vilayətində əməliyyatın uğurla keçdiyini vurğulayıb.

 

“Bu əməliyyat düşmən hücumunun təhlükəsini azaldıb. Biz onların hərəkət etməsinə imkan vermədik. Biz döyüşü düşmən ərazisinə köçürdük ki, [düşmən] bizim hər gün hiss etdiyimizi hiss etsin”, - Sırski bildirib.

 

O, Kursk vilayətində keçirilən əməliyyatın bir neçə məqsədinin olduğunu açıqlayıb. Bunlar aşağıdakılardır:

 

- Rusiyanın Kurskdan yeni hücum üçün tramplin kimi istifadəsinin qarşısını almaq;

- Rusiya qüvvələrini müharibənin getdiyi başqa ərazilərdən yayındırmaq;

- Təhlükəsizlik zonası yaratmaq;

- Sərhəddən keçən mülki hədəflərin atəşə tutulmasının qarşısını almaq;

- Hərbi əsirləri ələ keçirmək;

- Ukrayna qoşunlarının və ümumilikdə ölkənin əhval-ruhiyyəsini yüksəltmək.

 

General Moskvanın Kursk vilayətinə on minlərlə əsgərini, o cümlədən ən yaxşı bölmələriniyerləşdirdiyini qeyd edib.

 

Sirski qeyd edib ki, Ukraynanın şərqindəki Pokrovsk vilayətində böyük təzyiq altındadırlar, lakin onun sözlərinə görə, Ukrayna qoşunları Rusiyanın bu istiqamətdə irəliləyişini dayandıra bilib:

 

“Son altı gün ərzində düşmən Pokrovsk istiqamətində bir metr belə irəliləməyib. Başqa sözlə desək, bizim strategiyamız işləyir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
modern.az

1Mənbələr