AZ

Sarımsaq da məlhəmdir – cavanlığa həmdəmdir

Sarımsağın qabığının nə qədər faydalı olduğunu bilsəniz, onu təmizləyəndə zibil kimi atmazsınız. Bu qiymətli “tullantı” gəncliyin ömrünü uzatmağa kömək edir.

Buna nail olmaq üçün ayın müəyyən günlərində sa­rımsağın ağ qabıqlarından hazırlanmış dəmləməni iç­mək lazımdır. Bir şərtlə ki, məhsul yerli istehsal olsun.

İçkini hazırlamaq üçün bir ovuc sarımsaq qabığı götürülür. Çaynik qaynadılır və 1–2 dəqiqə gözləyən­dən sonra stəkana tökülmüş qabıqların üstünə əlavə edilir. Ağzı bağlı qabda 8 saat saxlayıb sonra süzmək və 10 gün ərzində gündə yarım stəkan qəbul etmək la­zımdır.

Dəmləməni yalnız stəkandakı su soyuduqdan sonra içmək olar. Hazırlanmış “çayı” heç vaxt ilıq, yaxud isti halda içmək olmaz. 

Gün ərzində 4 stəkan qəbulu tövsiyə edilir. Məlhə­min soyuması uzun çəkdiyinə görə, onu öncədən hazır­lamaq lazımdır. 

Sarımsaq “çayı”nı içməyin də öz vaxtı var. Mütəxəssislərin fikrincə, kişilər bu içkini hər hansı ayın 10–20-si arası, qadınlar isə 20-dən 30-u tarixinə qədər içə bilərlər. 

İçki dərini cavanlaşdırır, rəngini parlaq edir və qo­calmanı ləngidir. Həmçinin orqanizmdən toksin, duz, ağır metal, radioaktiv birləşmələri, sərbəst radikalları çıxarıb zərərsizləşdirir. Qabıqda olan pektin damarları təmizləyir.

Z.HÜSEYNLİ
XQ

Seçilən
192
xalqqazeti.az

1Mənbələr