AZ

Şengen zonasına giriş qaydaları dəyişir

Yazını böyüt
Yazını kiçilt

Şengen zonasına daxil olmaq üçün yeni sistemin tətbiqinə noyabrda başlanılacaq. Elektron giriş/çıxış sistemi noyabrın 10-da istifadəyə veriləcək. Bəs, yeni sistem necə işləyəcək, nəyi dəyişəcək?

Hafta.az-ın yazdığına görə, Aİ-də qısaca olaraq EES adlanan elektron giriş və çıxış sistemi İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının qısamüddətli (maksimum 90 gün) səfərləri üçün istifadə olunacaq. Sistem Aİ vətəndaşlarına, qanuni sakinlərə və ya uzunmüddətli vizası olanlara şamil edilməyəcək.

Aİ-yə daxil olmaq istəyənlər sərhəd qapılarına çatdıqda barmaq izlərini və üz biometriklərini sistemə yükləyəcəklər. Bunun növbəti keçidlərdə kiminsə oxuması kifayət edir.

Yeni EES-in məqsədi hava limanlarında pasport növbələrini azaltmaq və giriş-çıxışı daha təhlükəsiz etməkdir. Qanunsuz immiqrasiyanın qarşısının alınması da yeni sistemin məqsədləri sırasındadır. Çünki sistemin saxta sənədlərlə Aİ ölkələrinə girişinin qarşısını xeyli alacağı gözlənilir.

EES-də qeydə alınan biometrik məlumatlar 3 il saxlanılacaq. Sistem Kipr və İrlandiyada tətbiq edilməyəcək.

Seçilən
119
hafta.az

1Mənbələr