"Azərbaycan Prezidentinin İtaliya Respublikasına səfəri Avropa İttifaqı və ikitərəfli əlaqələrin inkişafı baxımından çox önəmlidir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, İtaliya Avropanın aparıcı ölkəsidir, hər iki ölkə arasında siyasi-iqtisadi, təhsil, mədəniyyət, turizm və humanitar sahədə geniş əlaqələr mövcuddur:
"İtaliya Azərbaycanın enerji sahəsində də ən etibarlı tərəfdaşlarından biridir və dost ölkədir. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə çox uğurlu əməkdaşlıq qurmuşdur. Azərbaycanla İtaliya çox yaxşı anlaşırlar və Avropada İtaliya kimi yaxın tərəfdaş dövlətin olması Azərbaycanın maraqları ilə tam uzlaşır".
Vüqar Əhmədov qeyd edib ki, bu gün Şərqi Avropadan keçən neft-qaz boru kəmərlərinin Avropa qitəsinə nəqli məhz İtaliya vasitəsi ilə həyata keçirilir:
"Bu baxımdan bu səfəri işgüzar və siyasi dairələrlə əlaqələrin inkişafı baxımından önəmli hesab etmək olar. İtaliya Azərbaycana dost ölkə hesab olunduğundan strateji investisiya layihələrinin inkişafını gözləmək mümkündür".
Süleyman