"Telegram"ın yaradıcısı Pavel Durov ilk dəfə Fransada saxlanılması və cinayət təqibinə münasibət bildirib."DogruXeber.az" xəbər verir ki, o, bu barədə teleqram kanalda paylaşım edib. Durov, "dəstək, sevgi və xoş xatirələr" üçün ictimaiyyətə təşəkkürünü bildirib. Pavel Durov, həmçinin vurğulayıb ki, messencerdə cinayətkarlarla mübarizə onun şəxsi məqsədidir. Bununla bağlı o, "Telegram"da təhlükəsizliyin şirkətin əsas prioriteti olaraq qaldığını bəyan edib. Yaxın vaxtlarda messencer əldə edilən nəticələrlə bağlı təfərrüatları paylaşmağı planlaşdırır. Durov bildirib ki, son hadisələr sonra həm "Telegram"da, həm də ümumilikdə sosial şəbəkələrdə təhlükəsizliyin yaxşılaşdırılmasına töhfə verəcək.O, həmçinin məzmun moderasiyasını gücləndirəcəyinə söz verib və izah edib ki, platformanın istifadəçi bazası 950 milyona yüksəldikcə, cinayətkarların platformadan sui-istifadə etməsi ilə bağlı narahatlıqlar artıb.Saxlanılmasına münasibət bildirən Durov şəxsi ittihama yanaşmanı səhv adlandırıb. Onun sözlərinə görə, onun "Telegram"dan qeyri-qanuni istifadəyə görə şəxsən məsuliyyət daşıması ilə bağlı ittihamlar təəccüblüdür, çünki şirkətin Aİ-də rəsmi nümayəndələri və bir çox ünsiyyət üsulları, o cümlədən Fransanın Dubaydakı konsulluğu var.“Keçmişdə məndən kömək istəyəndə mən şəxsən Fransaya Fransa ərazisində terror hücumları təhlükəsi ilə mübarizə aparmaq üçün Telegram ilə qaynar xətt yaratmağa kömək etmişəm”, - Durov vurğulayıb.Durov qeyd edib ki, bu cür yanaşma yeni texnologiyaların yaradıcılarını qorxuda bilər, çünki onlar öz alətləri ilə baş verən sui-istifadə hallarına görə şəxsən məsuliyyət daşımaq istəməzlər.Durov şəxsi həyat və təhlükəsizlik arasında balans tapmağın çətinliyinə də toxunaraq, bunun asan iş olmadığını qeyd edib. Onun sözlərinə görə, məxfilik qanunlarını hüquq-mühafizə orqanlarının tələbləri ilə uyğunlaşdırmaq və texnoloji məhdudiyyətləri nəzərə almaq vacibdir. O, "Telegram" nümayəndələrinin bu məsələlərlə bağlı konstruktiv dialoqa hər zaman hazır olduqlarını vurğulayıb.“Biz düzgün tarazlığı tapmaq üçün tənzimləyicilərlə işləməyə sadiqik. Bəli, biz öz prinsiplərimizə sadiq qalırıq: təcrübəmizi avtoritar rejimlərdə istifadəçiləri qorumaq missiyamız formalaşdırıb”, - biznesmen yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta