Bakı,TurkicWorld
Yerin peykində təxminən 120 milyon il əvvəl əmələ gələn vulkanik materiallar tapılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Çinin paytaxtı Pekində Çin Elmlər Akademiyasının alimləri Ayda toplanan nümunələri araşdırdıqdan sonra açıqlama veriblər.
Elm adamları, əvvəllər təxminən bir milyard il ərzində vulkanik aktivliyin olmadığı düşünülən Ayın, dinozavrların Yer üzündə yaşadığı dövrdə də vulkanik fəaliyyət göstərdiyini müəyyən ediblər.
Təxminən 4 il əvvəl “Chang’e 5” kosmik gəmisindən toplanan nümunələr araşdırılaraq, 20 milyon il əvvəl əmələ gələn şüşə parçaları tapılıb.
Belə ki, Yerə gətirilən üç min şüşə nümunəsindən dördündə yüksək səviyyədə torium maddəsi aşkar edilib.
Nümunələrin kükürd izotopları və kimyəvi quruluşuna əsaslanaraq, onların vulkan şüşəsi olduğu müəyyən edilib. Tədqiqatçılar bu nümunələrin elementar quruluşunun, Apollon missiyası ilə gətirilən vulkanik şüşələrə bənzədiyini qeyd ediblər.
Bu nümunələr, Ayın 4,6 milyard illik tarixinin böyük bir hissəsində hələ də vulkanik aktivlik göstərdiyini sübut edir.