“ABŞ Rusiya ilə müharibənin dayandırılması ilə bağlı danışıqların başlanması zamanı Ukraynanın kifayət qədər güclü mövqedə olmasına kömək etmək niyyətindədir”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu beynəlxalq səviyyəyə çatdırmağa kömək edib və o, əhəmiyyətli beynəlxalq dəstək qazanıb.
“Bu müharibə danışıqlar yolu ilə başa çatacaqsa, biz əmin olmaq istəyirik ki, Zelenskinin bu danışıqların necə olacağı ilə bağlı qərar qəbul etmək üçün ən yaxşı vəziyyətdə olmasıdır”, - deyə siyasətçi vurğulayıb.
Kirbi qeyd edib ki, biz tamamilə diqqətimizi Ukraynanın özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasına və danışıqlar baş verəcəyi təqdirdə onu güclü mövqeyə qoymasına diqqət yetirməyə yönəlmişik.
Daşqın HəsənovMissiya.Az